Putin Krım tatarlarına qarşı- VİDEO
7 May 2014 10:45 (UTC+04:00)
Tatar Məclisi ekstremizmdə ittiham olundu
Krımın Prokurorluğu Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarova ciddi xəbərdarlıq edib. AzNews.az-ın məlumatına görə, Məclisin hüquq şöbəsinin müdiri Teyfuk Qafarov Ukrayna mediasına bildirib ki, qondarma "Krım Respublikası"nın prokuroru Nataliya Poklonskaya Məclisin binasına gələrək, tatar parlamentinin sədri Refat Çubarovu hədəliyəcək tərzdə xəbərdarlıq elan edib.
R. Çubarovun iş otağına gələn N. Poklonskaya Məclis sədrinə xəbərdarlığı şəxsən oxuyub. Xəbərdarlıqda qeyd olunub ki, Məclisin fəaliyyətində ekstremizm meyilləri hiss olunur və bunun qarşısı alınmalıdır. Əgər bu davam etdirilərsə, Məclisin dövlət qeydiyyatı ləğv ediləcək və qurumun Rusiya Federasiyası ərazisində fəaliyyətinə qadağa qoyulacaq.
R. Çubarov prokurorun rus dilində çıxışına etiraz edərək, Krım Muxtar Respublikasının dövlət dilində - ukrayna və ya tatar dilində danışmasını tələb edib. Lakin Kremil tərəfindən yarmadaya təyin olunan prokuror onun iradını dinləməyib və xəbərdarlığı elan etdikdən sonra Məclisin binasını tərk edib.
Məhəmməd
AzNews.az