Mübariz Mənsimov sənətçiləri mükafatlandırdı- VİDEO

7 May 2014 11:56 (UTC+04:00)
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbərlik etdiyi "Pal FM" ənənəsinə sadiq qalaraq yenə də ilin ən yaxşılarını mükafatlandırıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu il dördüncüsü keçirilən mərasim M.Mənsimovun sahibi olduğu "The Edition Hotel"dəki "Billionare Club"da baş tutub. Aktrisa Seray Sevərin aparıcılığı ilə keçən gecəyə türk sənət dünyasının tanınmış simaları qatılıb. Mərasimdə "Ən yaxşı layihə" mükafatını Orxan Gəncəbay, "ən yaxşı alternativ sinql"in sahibi adını isə Hadisə qazanıb. "Ən yaxşı albom" nominasiyasında mükafata layiq görülən Demet Akalın tədbir boyu küsülü olduğu müğənni Alişanla qarşılaşmamaq üçün gizlən-paç oynayıb.

Mərasimdə mükafat alanlar arasında müğənnilər Zinət Salı, Soner Sarıkabadayı, Mustafa Ceceli, Hande Yener və başqaları da var.


AzNews.az