Deputatın bacısı dünyasını dəyişdi

7 May 2014 12:19 (UTC+04:00)
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin ailəsində ağır itki baş verib.

Publika.az-ın məlumatına görə, millət vəkilinin bacısı Dilarə Səmədzadə bu səhər dünyasını dəyişib.

Ailə üzvlərinin verdikləri məlumata görə, Dilarə xanım bir müddət idi ki, səhhətində problem yaşayırdı.

Qeyd edək ki, Dilarə xanım bəstəkar Aygün Səmədzadənin bibisidir.

AzNews.az