2 yaşlı ilan nəzarətçisi

3 Sentyabr 2012 10:14 (UTC+04:00)
Avstraliyada ilanların və timsahların saxlanıldığı vəhşi parkın ən gənc nəzarətçisinin 2 yaşı var. Avstraliyanın Victoria əyalətindən olan Ballarat Vəhşi Parkının 2 nəsil nəzatətçiləri olan ailənin hazırki namizədi 2 yaşlı Çarli Parkerdir.

Parkın sahibi Greg Parkerin 2 yaşındakı oğlu Çarlinin 2,5 metr uzunluğundakı ilanlara baxıcılıq etdiyini deyib. Atası parkda olan ilanlar və timsahlarla qorxusuz oynayan Çarlinin bu xüsusiyyətinin genetik olduğuna inanır.

"Çarli heyvanlara toxunarkən necə davranacağını çox yaxşı bilir. Bu genetikdir" deyən atası onun heyvanlara qarşı xüsusi sevgisi olduğunu bildirib.

Səadət Abbaslı
AzNews.az