Ermənilər Macarıstanı türk respublikası adlandırdı

3 Sentyabr 2012 10:31 (UTC+04:00)
Ramil Səfərovun Azərbaycana təhvil verilməsindən sonra Macarıstana qarşı irəli sürülən ittihamlar arasında tarıxı- milli mənsubiyyətlə bağlı məqamlar da yer almağa başlayıb. Avropa Siyasi Analız Mərkəzinin rəhbəri Mateuş Piskoroiski "Regnum" agentliyinə açıqlamasında macarların tarixi kimlikləri ilə bağlı maraqlı məqamlara toxunub: "Macarıstanda bəzi problemlər var.

Çox sayda macar siyasətçisi öz türk-macar nəsilləri haqqında danışır. Budapeştdə türk xalqlarının qurultayı keçirilir. İndiki vəziyyətdə Ramil Səfərovun Azərbaycana təhvil verilməsində Azərbaycan mədəniyyəti ilə bağlılıq hissinin, ümumi tarixi köklərin hansı rol oynadığını müəyyənləşdirmək çətindir".

Mərkəz rəhbəri Azərbaycan rəhbərliyini Avropa sivilizasiyası ilə uyğunlaşmayan milli dəyərlərə üstünlük verməkdə də günahlandırıb.

E.Əlosmanqızı
AzNews.az