Şahin Sultanovun apellyasiya şikayətinə sabah baxılacaq

7 May 2014 17:03 (UTC+04:00)
Sabah həbs edilən Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı verilən apellyasiya şikayətinə baxılacaq.


Bu barədə AzNews.az - a Ş. Sultanovun vəkili Adəm Məmmədov məlumat verib. Apellyasiya şikayətinə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

AzNews.az