Aqil Abbas Ərdoğanla görüşdü

8 May 2014 08:04 (UTC+04:00)
Millət vəkili Aqil Abbas Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Anspress xəbər verir ki, bu haqda yazıçının həyat yoldaşı İradə Tuncay Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, yazıçı Aqil Abbas Türkiyədə cap olunmuş "Dolu" əsərini və eyni adlı filmin diskini baş nazirə təqdim edib.

Millət vəkili Rəcəb Tayyib Ərdoğanla görüşdə Azərbaycan - Türkiyə münasibətlərinin əhəmiyyətindən, hər iki ölkə liderlərinin bu həssas dövrdə atdığı uzaqgörən addımlardan danışıb.

AzNews.az