Bakıda atəşfəşanlıq olacaq
8 May 2014 09:36 (UTC+04:00)
Bakıda mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə atəşfəşanlıq olacaq.
Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) Trend-ə verilən məlumata görə, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə mayın 10-da Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev Parkında Gül bayramı keçiriləcək. Bakı sakinləri həmin bayrama dəvətlidirlər.
Bayram şənlikləri Heydər Əliyev Parkında və Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkında saat 11:00-dan başlayacaq.
Bayram saat 21:00-da Milli Parkın ərazisində Saat qülləsinin yanında bayram konserti və möhtəşəm atəşfəşanlıqla davam edəcək.
AzNews.az