Futbolçulardan Qurban Qurbanova qeyri-adi təşəkkür- VİDEO

8 May 2014 12:26 (UTC+04:00)
Ötən gün "İnter"i 4:1 hesabı ilə məğlub edərək ikinci dəfə Azərbaycan çempionu adını qazanan "Qarabağ" klubunun düşərgəsində maraqlı anlar yaşanıb.

AzNews.az-ın məlumatına görə, qələbədən sonra geyinib-soyunma otağına gələn "Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl futbolçularla və çempionluğun memarı, baş məşqçi Qurban Qurbanovla görüşüb. Ardınca futbolçular baş məşqçilərini atıb-tutaraq ona təşəkkürlərin bildiriblər. Rəqibin baş məşqçisi Kaxaber Sxadadzenin Ağdam təmsilçisini təbrik etməsi də diqqətdən yayınmayıb.

Qeyd edək ki, "Qarabağ" ilk çempionluğunu 21 il əvvəl qazanmışdı.

Mövzu ilə bağlı VİDEONU buradan izləyin.
İntiqam Valehoğlu
AzNews.az