Putin azərbaycanlı jurnalisti mükafatlandırdı

8 May 2014 14:37 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin azərbaycanlı jurnalisti mükafatlandırıb.

"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, mükafatlar Krımda baş verən hadisələri obyektiv işıqlandıran və yüksək peşəkarlıq nümayiş etdirən jurnalistlərə təqdim olunub. Mükafat alanlar arasında "Birinci kanal"ın aparıcsı İradə Zeynalova da var. O, 1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif edilib.

Rusiya mediası Putinin mükafatlandırdığı 300-ə qədər jurnalist arasında müxalif mövqeyi ilə seçilən jurnalistlərin adının olmadığını vurğulayıb. Belə ki, "Dojd" telekanalı və "Exo Moskvı" radiosunun əməkdaşları mükafatdan kənar qalıblar.

AzNews.az