Rusiya “qara siyahı” hazırlayır

8 May 2014 19:52 (UTC+04:00)
"ABŞ və Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar cavabsız qalamayacaq".

AzNews.az - ın məlumatına görə Rusiya sanksiyalarla bağlı "qara siyahı" hazırlayır

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç bildirib.

Onun sözlərinə görə, ilk olaraq Rusiya "qara siyahı" tətbiq edəcək: " "Qara siyahı" ya adı düşən şəxslərin siyahısı bəyan edilməyəcək. Onlar yalnız viza ilə bağlı müraciət etdikləri zaman bundan xəbər tutacaqlar. Çünki biz Qərb kimi atacağımız addımlarda şou düzəltmirik ". Rəsmi Moskva analoji addımlarını davam etdirəcək: "Sanksiyalar bizim xarici siyasətimizdə yer tutmur. Lakin son zamanlar Rusiyaya qarşı münasibət bizi bu cür addımlar atmağa vadar etdi. Bu davamlı olacaq".
Qeyd edək ki, ABŞ Ukrayna ətrafında mövcud vəziyyətlə bağlı Rusiyanın 50 siyasətçisinə, 18-dən çox şirkətinə sanksiya qoyub.

AzNews.az