Kamal Abdulla Suriyada döyüşən azərbaycanlılardan danışdı

9 May 2014 08:42 (UTC+04:00)
Azərbaycanlıların Suriyaya gedərək döyüşlərdə iştirak etmələrinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla deyib.

K.Abdulla deyib ki, qanundan kənar hər bir hərəkət cəzasız qalmayacaq: "Dövlətçiliyə qarşı hər hansı bir hərəkət edərsə, müvafiq cəzalarını alacaqlar".

Onun sözlərinə görə, Azərbaycanda dini vəziyyət stabildir.

AzNews.az