Donetskdə separatçılar telekanalı ələ keçirdi

9 May 2014 08:55 (UTC+04:00)
Ukraynanın Donetsk şəhərində fəaliyyət göstərən "Yunion" telekanalı rusiyameyilli separatçıların əlinə keçib.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, telekanalın ərazisinə daxil olan silahlı separatçılar şirkət rəhbərliyindən Ukrayna efirdən simvollarının çıxarılmasını tələb edirlər.

Kanalın bununla bağlı yaydığı rəsmi bəyanatda bildirilib ki, özünü qondarma "Donetsk Xalq Respublikası"nın rəsmi nümayəndələri kimi təqdim edən şəxslər şirkətə gələrək, öz tələblərini irəli sürüblər. Hazırda telekanalın ərazisində silahlı şəxslər var və onlar kanal rəhbərliyinə tələblərinin yerinə yetirilməsi üçün hədə-qorxu gəlirlər.

Məlumatda o da qeyd olunub ki, separatçılar Donetsk vilayəti ərazisində Ukrayna kanallarının yayımını dayandıraraq, Rusiya TV-lərinin baxışına şərait yaradıblar.

Məhəmməd
AzNews.az