FHN əməliyyat keçirir, onlar isə yatır

9 May 2014 10:03 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Bakıda bir neçə mənzuildə əməliyyat keçirilib. FHN-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin qalması ilə əlaqədar nazirliyin "112 qaynar telefon xətti"nə məlumat daxil olub.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını bayır tərəfdən açaraq içəri daxil olmublar.
Əməliyyat saat 03:30-də başa çatıb.

Analoji hadisə bu gecə saat 02:45 radələrində Bakı şəhəri, Yasamal rayonunda da baş verib. Mənzildə bağlı qapı arxasında 1 nəfərin qalması ilə bağlı FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər burada isə 16 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından 15-ci mərtəbədə yerləşən mənzilin eyvanına enməklə içəri daxil olublar. Hər iki əməliyyat nəticəsində mənzilə baxış keçirilərkən vətəndaşlar yatmış vəziyyətdə aşkarlanıb.

Amid
AzNews.az