Stadion tikintisi zamanı bədbəxt hadisə: fəhlə öldü

9 May 2014 10:46 (UTC+04:00)

Braziliyada futbol standionun tikintisi zamanı bədbəxt hadisə baş verib.
AzNews.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, futbol üzrə "Dünya Çempionatı 2014"ə hazırlıq çərçivəsində inşa edilən stadionun tikintisində çalışan fəhlə elektrik vurması nəticəsində dünyasını dəyişib.

Hadisə Kyuba şəhərindəki "Arena Pantanal" standionunun inşası zamanı baş verib.

Ümumiyyətlə isə dünya çempionatına hazırlıq prosesi zamanı Braziliyada tikinti meydançalarında baş verən bədbəxt hadisələrdə bu günə qədər 8 nəfər dünyasını dəyişib.

Məhəmməd
AzNews.az