Təbrizdə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd edildi - FOTO

9 May 2014 17:04 (UTC+04:00)
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edilib.

AzNews.az xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə çıxış edərək Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və dövlət quruculuğu sahəsindəki xidmətlərindən danışıb.

Ə.Əlizadə H.Əliyevin anadan olmasının 91-ci ildönümünün Azərbaycana dost ölkə olan İranda qeyd edilməsini Azərbaycan-İran əlaqələrinin inkişafının bir göstəricisi kimi xarakterizə edib.

Sonra qonaqlar Heydər Əliyevə aid fotosərgiyə, film və videoçarxlara baxıblar, Azərbaycanın turizm və mədəniyyətinə dair sərgilənən kitablarla tanış olublar. H.Əliyevin həyat və fəaliyyətinə dair fars dilinə tərcümə edilmiş əyani materiallar, eləcə də Azərbaycan həqiqətlərinə dair bir sıra kitab və jurnallar tədbir iştirakçılarına paylanılıb.

Rəsmi qəbulda İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulu, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və şəhər ictimaiyyətin nümayəndələri iştirak ediblər.


AzNews.az