Tiflisdə ermənilərin tədbiri ləğv edildi

9 May 2014 19:48 (UTC+04:00)
Gürcüstanda bir qrup erməninin Şuşanın işğalını bu gün bayram konsertilə qeyd etməsi burada yaşayan azərbaycanlıların etirazına səbəb olub.

ANS TV-nin məlumatına görə, onlar elə bu dəqiqələrdə başlayacaq konsertdə Şuşa və ümumiyyətlə Dağlıq Qarabağla bağlı hər hansı bir şüarın səsləndirilməsinə əvvəlcədən öz etirazlarını bildiriblər.

Gürcüstandakı erməni icması "9 May" Qələbə gününü qeyd etmək adı altında Şuşanın işğalını bayram tədbiri kimi keçirmək istəyirdi. Amma rəsmi Bakının müdaxiləsindən sonra ermənilərin bir sıra əsas tədbirləri ləğv edilib.

AzNews.az