Bakıda incəsənət sərgisi keçirildi - Video

9 May 2014 21:00 (UTC+04:00)
Sərgidə rəssamlar "Qız Qalası"nın maketini müxtəlif formalarda bəzəyib.

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçirilib. 7-9 may tarixlərində keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən gələn rəssamların əl işləri nümayiş olunub.

"Qız Qalası"nın maketini müxtəlif formalarda bəzəyən rəssamların əl işləri böyük marağa səbəb olub.

Xatırladaq ki, ənənə halını alan bu festival artıq 5-ci dəfədir paytaxtımızda keçirilir.(Axar.az)