Pirquluda dəhşətli avtoqəza - FOTOLAR

10 May 2014 19:00 (UTC+04:00)
Bir müddət öncə Şamaxı-Pirqulu yolunun Nağaraxanadan (keçmiş Kirovka) hissəsində dəhşətli qəza baş verib.

"Axar.az"ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, 99 EO 556 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil yüksək sürətlə Pirquludan Şamaxı istiqamətində enərkən, Nağaraxana ərazisində sərt döngəni kəsə bilməyib və bir neçə dövrə vuraraq, yolun kənarına dığırlanıb.

Təsadüfən hadisə yerinə gələn AzNews.az - ın əməkdaşının verdiyi xəbərə görə avtomobildə olanlar xəsarət almayıb və maşından düşərək, dərhal hadisə yerini tərk ediblər. Qısa müddətdən sonra hadisə yerinə gələn avtomobil sahibinin yaxınları dövlət nömrəsini açaraq, toplaşanların yardımı ilə maşını təkərləri üstə çeviriblər.

Şahidlər ehtimal edir ki, sürücü və sərnişinlər sərxoş olduğu üçün hadisə yerindən qaçıblar.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları hələ gəlib çıxmayıblar.







AzNews.az