Sexdə partlayış baş verdi - Xəsarət alanlar var

11 May 2014 20:38 (UTC+04:00)
Bakıda sexdə partlayış baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda məişət qaz balonundan sızma nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan şirniyyat və çörək bişirmə sexində yanğınla nəticələnən partlayış baş verib.
Partlayış zamanı sexin bir hissəsi 16 kv.m sahədə dağılıb və 44 kv.m sahədə yanar konstruksiyalar yanıb.
Dörd nəfər müxtəlif xəsarətlərlə yanğınsöndürənlər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aidiyyəti üzrə aparılıb.
Sexin qalan hissəsi və 1 ədəd dolu məişət qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az