Azərbaycan və Fransa prezidentləri İçərişəhərdə+ FOTOLAR

12 May 2014 06:03 (UTC+04:00)
Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Fransua Olland mayın 11-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.

8 Fransa prezidentinə İçərişəhər barədə məlumat verilib, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına daxil edildiyi bildirilib.

İçərişəhərlə tanışlıqdan sonra prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa prezidenti Fransua Olland birgə nahar ediblər.