Azərbaycanda keçmiş vəzifəli şəxs vəfat etdi

12 May 2014 09:34 (UTC+04:00)
İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat və Əsnaye Nazirliyi-red) keçmiş departament rəhbəri, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının "İnnovasiya" şöbəsinin rəisi Rəhim Hüseynov qəflətən vəfat edib.

AMEA-dan AzNews.az-a daxil olan məlumata görə, R.Hüseynov bu gün səhər saatlarında qəflətən vəfat edib.

Qeyd edək ki, 1961-ci ilin iyulunda Bakıda anadan olan Rəhim Hüseynov 1978-1983 illər ərzində Azərbaycan Neft Kimya İnstitutunda təhsil alıb. 1983-1990-cı illərdə isə Elmlər Akademiyasında çalışıb. 1990-cı ildən etibarən isə özəl biznesə başlayan mərhum 1991-1992 ci illərdə Türkiyədə təhsilini davam edərək idarəetmə üzrə magistr diplomunu alıb. 1996-cı ildə SİAR şirkətini, 2000-ci ildə Azərbaycan Marketinq Cəmiyyətini son illərdə isə bir neçə başqa şirkətləri qurub.

2002-2004 ci illər ərzində İqtisadı İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin rəhbəri, 2004-2006-cı illərdə isə həmin nazirliyin Antiinhisar siyasəti departamentinin direktoru olaraq çalışıb.

Son günlərədk 300-ə yaxın əməkdaşı olan bir neçə şirkətin təsisçisi və rəhbəriydi. Mərhumun bir qızı var.

Allah rəhmət eləsin!

İntiqam
AzNews.az