Daha bir məmurumuz korrupsioner çıxdı

3 Sentyabr 2012 15:26 (UTC+04:00)
Çoxlu sayda vətəndaşın şikayəti əsasında uzun müddət qanunsuz torpaq alqı-satqısı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müdiri Həsən Əhməd oğlu Həsənovla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.

AzNews.az-ın məlumatına görə, Həsən Həsənov 1974-86-cı illərdə Bərdə rayonunda "Aqroprom"un sədri işləyərkən məhkəmənin qərarı ilə 10 il müddətində həbs olunub.

AzNews.az