London taksiləri sürücü axtarır - FOTO

12 May 2014 12:06 (UTC+04:00)

London taksilərində sürücü qıtlığı yaranıb.

AzNews.az xəbər verir ki, son günlər paytaxtın bir neçə yerində
"Baki Taksi" MMC-nin sürücü axtarmasıyla bağlı iş elanları yapışdırılıb. Bildirilir ki, sürücü qıtlığının yaranmasına səbəb gündəlik icarə haqlarının baha olmasıdır. Belə ki, hazırda London taksisində çalışan sürücülər hər gün 25 manat icarə haqqı ödəyirlər.

İntiqam Valehoğlu
AzNews.az