Bakıda “Olland tıxacı“- FOTOLAR

12 May 2014 13:48 (UTC+04:00)
Dünən olduğu kimi, bu gündə paytaxt Bakıda uzun kilometrlik tıxaclar yaranıb.

Bu dəqiqələrdə (15.10) "Koroğlu" metrostansiyasından şəhərin mərkəzinə doğru bir neçə kilometrlik tıxac var. Tərpənməz şəkildə dayanan maşınların bir ucunun artıq "Nərimanov" metrostansiyasının tuşuna qədər uzandığı bildirilir. Minlərlə sürücü ya sükan arxasındadır, ya da maşınlarınını mühərrikinin söndürüb aşağı eniblər və yolun açılması ümidilə irəlilərə boylanırlar.

Bu böyük tıxac Fransa prezidenti Fransua Olandın Azərbaycana səfəri ilə bağlıdır.

AzNews.az