Binəqədi Məhkəməsində daha bir QANUNSUZLUQ

12 May 2014 16:00 (UTC+04:00)
Binəqədi rayon Məhkəməsində ədalət amili yenə "unudulub".

AzNews.az-a daxil olan məlumata görə, bu dəfə də məhkəmə sədri Sədrəddin Hacıyevin iddiası qanunun aliliyindən daha yüksəkdə qərar tutub. Hakim Fərrux Qasımovun sədrliyi ilə İsmayıllı rayon sakini Baxışov Samir Rəsul oğlunun iddiasına əsasən başlanan məhkəmə prosesində bu aydın görünüb. Dələduzluqdan əziyyət çəkən S. Baxışovun iddiası ibtidai istintaq zamanı da öz təsdiqini tapıb. Hətta dələduzluq əməlinin mütəşəkkil dəstə tərəfindən həyata keçirildiyi də bəlli olub. Məhkəmədə isə yalnız ittiham üzrə adıçəkilən, və başqa cinayətlə bağlı hazırda həbsdə olan Nahid İmişli kimi tanınan şəxsi dindirir. Lakin ittiham üzrə adı çəkilən Müslimov Elşən Kərəm oğlu və "Kürdəmirli Əfqan" ləqəbli dəstə üzvləri məhkəməyə dəvət olunsa da, bu, yalnız görüntü təsiri bağışlayır. Zərəçəkən tərəf iddia edir ki, ondan işə düzəltmək adı ilə külli miqdarda pulu Elşən Müslimov alıb. Həmçinin, dəstəyə elə E. Müslimov rəhbərlik edib. İddiaçı tərəf narahatdır ki, dəstə üzvləri rayon Məhkəməsinin sədri ilə anlaşaraq, cinayəti hazırda həbsdə olan Nahid İmişlilinin üzərinə atmaqla məsuliyyətindən yayınmaq istəyirlər: "Bu adamlar Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsrirli bilinirlər. Məhkəmə isə bunlarla professor kimi davranır. Açıq şəkildə görünür ki, aralarında isti münasibət yaranıb".

Qeyd edək ki, Binəqədi Məhkəməsi, xüsusilə məhkəmənin sədri Sədrəddin Hacıyevlə bağlı bir-birinin ardınca neqativ xəbərlər yayılmaqdadır. Onun adı bir sıra qanunsuz əməllərdə, həmçinin Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Vusal Şilderin qatillərinin himayə etməkdə hallanır.

AzNews.az