İmam Əlinin mövludu günü qeyd edildi

12 May 2014 15:39 (UTC+04:00)
Bu gün İslam dünyasının nüfuzlu dövlət xadimi və alimi İmam Əli Əbutalibin mövlud gününə həsr olunan mərasim keçirilib.

AzNews.az-ın məlumatına görə, İçərişəhər "Cümə" məscidinin təşkilatçılığı ilə keçirilən tədbir Qurani Kərimin tilavəti ilə başlayıb.
Sonra isə Azərbaycanın Dövlət Himni oxunub.

İçərişəhər "Cümə" məscidi dini icmasının sədri, axund Hacı Surxay Məmmədli bildirib ki, İmam Əlinin mövlud gününün qeyd edilməsi çox aktual məsələlərdən biridir: "İmam Əlinin ədalət məktəbi ilə bağlı insanların maariflənməsi çox önəmlidir. Bu gün Azərbaycanın 20 faizdən çox torpaqları Ermənistan tərəfindən işğal olunub. Hesab edirəm ki, İmam Əlinin şücaəti, kişilik və hünər məktəbinin gənclərimizə aşılanması vacibdir".

O, İmam Əlini alim kimi də xarakterizə edib: "Həzrəti Əli alim, maarifçi, insanları düz yola dəvət edən bir şəxsiyyət kimi də sivolizə olunur. Bu baxımdan onun mövlud günü qeyd olunması çox önəmli və tədqirəlayiqdir".

Tədbirdə daha sonra çıxış edənlər Həzrəti Əlinin həyatı, İslam dünyasında tutduğu rol və siyasi fəaliyyəti haqda danışılıb.
Mərasim ədəbi-bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, respublikanın mədəniyyət və incəsənət xadimləri, xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.

Amid
AzNews.az