Aydın Quliyevin ailəsində faciə

12 May 2014 16:04 (UTC+04:00)
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevə itki üz verib.

Baş redaktorun qayını Famil Hüseynov bir neçə saat əvvəl dünyasını dəyişib. A. Quliyev AzNews.az-a açıqlamasında bildirib ki, qayını ürək tutmasından vəfat edib.

Qeyd edək ki, mərhum anadan olduğu Naxçıvan Muxtar Respublikasında dəfn olunacaq.

Allah rəhmət etsin!

AzNews.az