Avtomobil banka girdi - Bakıda ağır qəza

12 May 2014 20:56 (UTC+04:00)
Bir neçə dəqiqə əvvəl Bakının mərkəzində ağır yol nəqliyyat hadisəsi baş verib. AzNews.az- ın məlumatına görə, 99 CO 339 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil Bakıxanov prospektində yolun əks istiqamətinə çıxaraq, 90 FJ 655 dövlət nömrə nişanlı "Pajero" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Mercedes" bir neçə metr kənardakı "Nikoil" bankın 8 saylı filialına girib.

Hadisə yerinə yol polisi, eləcə də post patrul xidməti əməkdaşları cəlb olunub.

Səbuhi