“Nasazlıq tam aradan qaldırılmayıb“- Rövnəq Abdullayev

13 May 2014 09:25 (UTC+04:00)
"Nə vaxt istəsək Rusiyaya qaz verə bilərik".

Anspress xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, "Bakı-Novorasiski" kəmərində aparılan təmir işləri ilə əlaqədar hazırda Rusiyaya qaz nəqli dayanıb: "Hələ ki, nasazlıq tam aradan qaldırılmayıb. Kommersiya müqaviləsi bağlamışıq və bu razılaşma öz qüvvəsini saxlayır. Müqavilədəki razılığa əsasən nə vaxt istəsək Rusiyaya qaz verə bilərik".

Xatırladaq ki, bir müddət öncə "Bakı-Novorasiski" qaz kəmərində nasazlıq yaranıb.

AzNews.az