Türkiyəli nazir Naxçıvana səfər edəcək

13 May 2014 11:48 (UTC+04:00)
Mayın 14-də Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində qonağın Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə ziyarəti planlaşdırılır.
Səfər mayın 15-dək davam edəcək.

AzNews.az