Bərdədə qəza: 3 yaralı

13 May 2014 17:23 (UTC+04:00)
Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə-Yevlax magistral avtomobil yolunda olub.

Bərdədən Yevlaxa doğru hərəkət edən yük maşını eyni istiqamətdə hərəkət edən 2107 markalı minik avtomobilinə çırpılıb. Qəza zamanı yolun əks istiqamətində hərəkətdə olan VAZ 2106 markalı avtomobilə də ziyan dəyib. VAZ 2107 markalı avtomobilin sürücüsü və iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

AzNews.az