Mehriban Xanlarovanın ikinci toyu qəfildən təxirə salındı - Eksklüziv

3 Sentyabr 2012 16:42 (UTC+04:00)

Bu gün Əməkdar artist Mehriban Xanlarova ikinci dəfə ailə qurmalıydı. Şəhərin dəbdəbəli şadlıq saraylarında birində planlaşdırılan toy mərasimi qəfildən təxirə salınıb. Bu hadisə toya dəvətliləri, əməkdar artistin yaxınlarını təəccübləndirib və əlavə söz-söhbətin yaranmasına səbəb olub.

Mehriban xanım toyun təxirə salınmasına səbəblərilə bağlı eksklüziv olaraq AzNews.az-a məlumat verib. Onun sözlərinə görə, bu hadisəyə səbəb bəyin əmisinin vaxtsız vəfatı olub.

Əməkdar artist toyun sentyabrın 28-də eyni məkanda olacağını təsdiqləyib. 1967-ci il təvəllüdlü Mehriban Xanlarova Elvin adlı nişanlısından 11 yaş böyükdür.

Müşfiq
AzNews.az