Radikal dindarlar 13 nəfəri diri-diri yandırdı- İşgəncə
14 May 2014 07:17 (UTC+04:00)
Mərkəzi Afrika Respublikasında ekstremistlər 13 nəfəri diri-diri yandırıb.
APA-nın verdiyi xəbərə görə, ilkin məlumata əsasən, hücum "Seleka" radikal dini qruplaşma tərəfindən törədilib.
Terrorçular Kaqa-Bandoro şəhəri yaxınlığında Dissiku yaşayış məntəqəsinə hücum edərək yerli sakinlərə işgəncə veriblər. Bundan sonra ekstremistlər 13 dinc sakini evlərin birinə salaraq od vurublar.
AzNews.az