Türkiyədəki partlayışdan oğlu xilas olan ata
14 May 2014 08:22 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, dünən Türkiyədə kömür şaxtasında dəhşətli partlayış baş verib. Rəsmi açıqlamaya görə, hələki partlayışda ölənlərin sayı 200-ü keçib. Ölənlərin sayının çox olacağı istisna edilmir.
14 may günün fotosu olaraq sizlərə partlayışdan sonra çəkilmiş şəkli təqdim edirik. Şəkildə partlayışdan sağ çıxan oğlunu öpən kişinin sevinci əks olunub. Qeyd edək ki, bu şəkil yerli fotoqraf Bulənt Kılıç tərəfindən lentə alınıb.
AzNews.az