Ukraynanın müdafiə naziri: “Rusiya müharibəyə başlayıb”

14 May 2014 09:08 (UTC+04:00)

"Rusiya Ukraynaya qarşı elan olunmamış müharibəyə başlayıb".

AzNews.az-ın məlumatına görə, bunu açıqlamasında Ukraynanın müdafiə naziri Nikolay Koval deyib. O bildirib ki, ölkənin cənub-şərq vilayətlərində antiterror əməliyyatında iştirak edən hərbçilərə yalnız qanunun tələbi olduğu zaman atəş açmaq əmri verilib.

N. Koval əlavə edib ki, Ukrayna Rusiya tərəfindən edilən bu hərbi müdaxiləyə hazır olmayıb: "Çətinliklərimiz olsa da zabitlərimiz baş verənlərdən örnək götürərək, əməliyyatları yüksək səviyyədə həyata keçirməyə davam edirlər".

Əhməd
AzNews.az