Rəqqasə Aytən Dubaya gedir

14 May 2014 15:26 (UTC+04:00)
Oriental rəqs ifaçısı rəqqasə Aytən sabah Dubaya yola düşür. Bu barədə AzNews.az-a rəqqasənin özü məlumat verib. O, bildirib ki, bu səfərdə məqsəd Birləşmiş Ərəb Əmirliyinin tanınmış rəqqasəsi Kamel Masirle iş birliyi qurmaqdır: "Kamel Ərəb Əmirliyinin ən tanınmış rəqqasəsidir. Onunla görüşəcəm və iş birliyi quracayıq. Bir necə layihəmiz var. Əgər danışıqlar fayda versə tezliklə nəzərdə tutulan layihələri Dubayda həyata keçirəcəm".

Rəqqasə deyir ki, Dubaydan bir başa Türkiyəyə yola düşəcək. Bu görüşdə isə o, Türkiyənin tanınmış rəqqasəsi Asena ilə birlikdə Bakıda keçiriləcək konsertin danışıqlarının aparılacağını deyir.

AzNews.az