Məleykə primadonnanı ələ saldı

14 May 2014 15:41 (UTC+04:00)
Xalq artisti Məleykə Əsədova son vaxtlar gündəmdən düşməyən "Kraliça" titulundan danışıb.

Axşam.az-ın məlumatına görə, aktrisa xalq artisti İlhamə Quliyevanın "Səhnənin bir kraliçası var, o da mənəm. Özlərinə film çəkdirib, adlarını kraliça qoyurlar" sözlərinə "Şoubiz+" verilişində cavab verib:

"Bu söhbətə sadəcə gülürəm. Mən həyatda Məleykəyəm, səhnədə isə kraliçayam. Kraliçalıq insanın daxilində olmalıdır. Bu sənətdə şöhrətimi, hörmətimi saxlamışam. Çünki qalmaqalla, dedi-qodularla gəlməmişəm, oynadığım obrazlarla tanınıb, sevilmişəm. Deyirlər, Məleykə Əsədova gözəldir. Məni gözəl edən uğurlarım, oynadığım obrazlarımdır"

AzNews.az