Fransız jurnalistləri saxlanıldı

14 May 2014 19:51 (UTC+04:00)
Mayın 14-də saat 14-də Heydər Əliyev adına Hava Limanında fransız jurnalistləri saxlanılıb.


ANS PRESS-in məlumatına görə, bu haqda "Azadlıq" radiosuna Fransa-2 (İctimai Televiziya) kanalının analitiki Benue Brinqer xəbər verib.

Onun sözlərinə görə, Fransa-2 kanalı hüquq müdafiəçisi Leyla Yunusdan və digər şəxslərdən müsahibə alıb.

Fransa-2 kanalının jurnalisti Loren Riçard və operator Mənü Fransa prezidenti Fransua Ollandı Bakı səfərində müşahidə edirmiş.

Qeyd edək ki, jurnalistlərin çəkilişləri müsadirə edilib və onlar deportasiya olunub.

AzNews.az