Qurban Qurbanov bu oyunçunu istəyir -VİDEO

15 May 2014 08:17 (UTC+04:00)
21 ildən sonra Azərbaycan çempionu olmaqla Çempionlar Liqasına vəsiqə qazanan Ağdamın "Qarabağ" komandası Portuqaliya birinciliyindən oyunçu transfer etmək istəyir.

AzNews.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu ölkənin yüksək liqası təmsilçisi "Maritimo"da çıxış edən Danilo Diası heyətinə qatmaqda israrlıdır. Danilo Diasın son dörd ildə çıxış etdiyi klubla yeni müqavilə imzalamaq istəməməsi ağdamlıların 28 yaşlı oyunçunu transfer etmək şansını artırır. İlk baxışdan çox çevik futbolçu təsiri bağışlayan Diasın müxtəlif oyunlardakı ən maraqlı hərəklərini və qollarını təqdim edirik.


İntiqam Valehoğlu
AzNews.az