Fərahim İlqaroğlu onu döydürənlə üzləşəcək

15 May 2014 08:45 (UTC+04:00)
"Yeni Müsavat" qəzetinin əməkdaşı Fərahim İlqaroğlu döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) bu gün gedəcək.

Bu barədə AzNews.az-a F. İlqaroğlu özü məlumat verib. O, DİN-ə vəkili Elçin Sadıqovla gedəcəyini də deyib. Jurnalist onun döyülməsində şübhəli bilinərək, saxlanılan Tural Bayramovla üzləşmə keçiriləcəyini də istisna etməyib.

Xatırladaq ki, T. Bayramov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 20 sutka azadlıqdan məhrum edilib. O, jurnalistin döyülməsinə sifariş verməkdə şübhəli bilinir.

Amid Əyyuboğlu
AzNews.az