TQDK sədri: “Abituriyentə görə atası və qardaşı cəzalandırıldı”

15 May 2014 12:19 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mayın 11-də ikinci və üçüncü ixtisas qruplarına keçirdiyi imtahan zamanı bir ailənin üç üzvünün cəzalanmasına səbəb olan hadisə baş verib.

AzNews.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. Komissiya sədri bildirib ki, ötən il dövlət ali məktəbinə qəbul olunmuş tələbə bu il qardaşının yerinə imtahan vermək istəyərkən işin üstü açılıb:

"Ötən il hər iki qardaş imthan veriblər. Biri qəbul olub, digəri yox. Ataları da müəllimdir. Ötən il qəbul olunmayan qardaş bu il əvvəki məzunların imtahanında iştirak edərkən atası tərəfindən Bakıdan rayona çağırılıb ki, qardaşının yerinə imtahan versin. Ali məktəbdə oxuyan uşaq cəzalandı, müəllim atası cəzalandı və həmin uşaq imtahandan xaric olundu. Bunu valideyn özü təşkil edir".

İntiqam Valehoğlu
AzNews.az