Deputatlarımız ATƏT PA-nın sabiq sədri ilə görüşdü

15 May 2014 12:51 (UTC+04:00)
Bu gün Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ATƏT Parlament Assambleyasının sabiq sədri, İtaliya parlamentinin üzvü Rikardo Miqliori ilə görüşüblər. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Görüşdə İtaliya-Azərbaycan parlamentlərarası əlaqələrinin perspektivi, Dağlıq Qarabağ problemi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, millət vəkili Azər Kərimli, qrupun üzvləri, millət vəkilləri Eldar İbrahimov, Q.Həsənquliyev və İlham Əliyev iştirak ediblər.

AzNews.az