ANS-in keçmiş əməkdaşı həbs edildi- 7 il

15 May 2014 13:55 (UTC+04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Azər İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A, İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, A. İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə tiham edilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

A. İsrafilov ANS və İTV telekanallarında çalışıb.

AzNews.az