Hesablama Palatası Sumqayıtda yoxlamalar aparacaq

15 May 2014 18:41 (UTC+04:00)
Hesablama Palatası Sumqayıtın Təhsil, Mədəniyyət və Turizm idarələrində yoxlamalar aparacaq.

AzNews.az Palatanın saytına istinadən xəbər verir ki, Hesablama Palatasının 2014-cü il may ayının 15-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Hacıqabul rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhər Təhsil İdarəsinə, həmçinin Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları təsdiq olunub.

AzNews.az