Sərnişin avtobusu qəza törətdi: 15 nəfər diri-diri yandı

16 May 2014 07:25 (UTC+04:00)
Meksikanın Tabasko ştatında sərnişin avtobusu yanacaqla dolu çənə çırpılıb, baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb.

APA-nın verdiyi xəbərə görə, zərbənin gücündən avtobus 2 hissəyə bölünüb, çəndəki yanacağın alışması səbəbindən güclü yanğın baş verib. Nəticədə, 15 nəfər diri-diri yanaraq ölüb, daha 23 nəfər isə yanıq xəsarətləri və müxtəlif travmalar alıb.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması və ya təcrübəsizliyi olub.

AzNews.az