Ötən il xərclənən pulların - Hesabatı

16 May 2014 10:26 (UTC+04:00)
Bu gün Milli Məclisin iclasında 2013- cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə olunub.

"Qafqazinfo" xəbər verir ki, 2013- ci il büdcəsi gəlirləri 101,8 faiz icra olunub. Bu da rəqəmlə 19.496,329.9 manat təşkil edir. Büdcənin xərcləri isə 96,4 faiz təşkil edib. Bu da rəqəmlə 19,143,492,0 manat təşkil edir. 2014- cü ilin yanvarın 1-nə olan məlumata görə, dövlət büdcəsinin xəzinəsinin hesabının qalığı 960,408,1 qalıq təşkil edir.

2013-cü ilin yekunlarına görə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz arataraq 37,6 milyard manata çatmış, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi isə orta hesabla 4039,6 manta olub. Əhalinin hər nəfərinə düşən gəlirlər əvvəlki illə müqayisədə 6,6 faiz artaraq istehlak qiymətləri indeksini 4,2 faiz üstələyib.

2013- cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı 423 manat təşkil edib ki, bu da əvvəlki ilə müqayisdə 6,2 faiz çoxdur.

2013-cü ildə əsas kapitala yönəldilən vəsaitlər 15,1 faiz artaraq 17,9 mlrd manat olub, onun 66,3 faizi və yaxud 11,9 mlrd manatı tikinti quraşdıran işlərinin yerinə yetirilməsinə sərf edilib.

Hesabat ilində müdafiə bölməsi üzrə nəzərdə tutulan cari xərclərin icrası 1485, mln manat olub. Bütpövlükdə isə cari və əsaslı xərclər də nəzərə almaqla 2013-cü il dövlət büdcəsindən müdafiə xərclərinə 2841,2 mln manat vəsait yönəldilib.

AzNews.az