“Xəzər Lənkəran”ın baş məşqçisi istefaya göndərildi

16 May 2014 11:57 (UTC+04:00)
"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli istefaya göndərilib. Apasport.az saytının əldə etdiyi xəbərə görə, türkiyəli çalışdırıcının "ağ-yaşıllar"la müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bu gün klubun prezidenti Mais Mənsimov Mustafa Dənizli arasında görüş keçiriibi. Görüşdə komandanın durumu barədə müzakirələr aparılıb və yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşdırılıb.

"Xəzər Lənkəran" Futbol Klubu Mustafa Dənizliyə klubda çalışdığı müddətdə etdiyi xidmətlərə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır!

AzNews.az