Zaur Əhmədin saytı niyə işləmir?

16 May 2014 14:07 (UTC+04:00)
Müstəqil İnformasiya Agentliyinin saytının- mia.az-ın bağlı olduğu serverdə problem yaranıb. Bu səbəbdən də sayt səhər saatlarından bəri fəaliyyətini dayandırıb.

Bu barədə AzNews.az-a məlumat verən Müstəqil İnformasiya Agentliyinin rəhbəri Zaur Əhməd serverinin avadanlıqlarına ciddi zərər dəydiyini bildirib. Onun sözlərinə görə, bir neçə saatdır ki, yaranmış nasazlığı aradan qaldırmağa çalışırlar: "Ümid edirəm ki, tezliklə problemləri aradan qaldırıb, fəaliyyətimizi bərpa edəcəyik. Yaranmış vəziyyətə görə oxuculardan üzr istəyirik".

İntiqam Valehoğlu
Aznews.az