Vaşinqton Moskvanı qaza görə hədələdi

16 May 2014 15:13 (UTC+04:00)
ABŞ Rusiyanın təbii qazdan təsir vasitəsi kimi istifadə olunmasının yol verilməz olduğunu bildirib.

AzNews.az-ın "segodnya.ua"ya istinadən verdiyi məlumata görə, bu açıqlamanı "Ağ ev"in mətbuat katibi Cey Karni Rusiya ilə Ukrayna arasında təbii qazla bağlı ortaya çıxan problemi şərh edərkən deyib. O, bildirib ki, ölkələr arasında baş verən böhranlar zamanı enerji ehtiyatlarından bir-birinə qarşı silah kimi istifadə etmək yol verilməzdir: "Rusiya təbii qazın verilməsini dayandırarsa, ən böyük ziyan elə bu ölkəyə olacaq".

ABŞ Dövlət Departamentinin nümayəndəsi Cennifer Psaki isə bildirib ki, qazın qiymətinin müəyyənləşdirilməsi iki dövlət arasında müzakirə olunmalı məsələdir və Rusiya kimi iri dövlət bundan hər hansı məcburetmə vasitəsi kimi istifadə etməməlidir.
Xatırladaq ki, Rusiya Ukraynanın ona 3 milyard ABŞ dollarından artıq borcu olduğunu iddia edir.

Aydan Axundova
AzNews.az